Paytaxtın Binəqədi rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş V.Əhmədov adıçəkilən rayon ərazisində yerləşən 2 evdən və 1 həyətdən ümumilikdə televizor, noutbuk, 30 ədəd radiator, samovar, geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onunla bağlı araşdırma aparılır.