Binəqədi rayonunda evlərdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsi və ətraf ərazilərdə baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hümbətov, Əziz Paşayev, Əlikram Əliyev, Sadiq Əmrəliyev, eləcə də Nofəl Ramazanov saxlanılıblar. Onlar 50-dən çox evdən oğurluq və qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinirlər.
Onların barələrində araşdırmalar davam edir.
[caption id="attachment_103836" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]