Paytaxtın Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Rəhimov adıçəkilən rayon ərazisində müxətlif vaxtlarda 3 həyətdən su qızdırıcısı, kombi aparatı, naqil, eləcə də 1 avtomobildən 2 ədəd səsgücləndirici oğurlamaqda şübhəli bilinir.
Faktlarla bağlı araşdırma aparılır.