Binəqədi rayonunda qadını qarət edən şəxs tutulub. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Ramazanov adıçəkilən rayon ərazisində bir qadının içərisində bank kartı və mobil telefon olan çantasını oğurlamaqda şübhəli bilinir. Onunla yanaşı, hadisədə əli olan daha 2 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.