Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikəri tədbir nəticəsində əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş Ş.Zeynalova saxlanılıb.
O, bir qadının mobil telefonunu və çantasından 4000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinir.
Hazırda araşdırma aparılır.