Paytaxtın Binəqədi rayonunda hərbi sursat tapılıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə 1 ədəd “RPQ-7” tank əleyhinə əl qumbaraatanı, 1 ədəd “PG-2” mərmisi aşkar edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hərbi sursat ərazidən uzaqlaşdırılıb. Daha sonra əraziyə yenidən baxış keçirilib.
[caption id="attachment_99197" align="alignnone" width="640"]
Foto FHN[/caption]