Paytaxtın Binəqədi rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Daşkəsən rayon sakini A.Qəhramanov adıçəkilən rayonda yerləşən evlərin birindən 1000 AZN dəyərində televizor oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.