Paytaxtın Binəqədi rayonunda 3 yaşlı körpəni avtomobil vurub. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayonda 3 yaşlı Ə.A. avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə körpə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.