Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, vətəndaşlardan birinin kartından hesabındakı 1860 manat pulu oğurlanıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli bilinən Qəbələ rayon sakini olan qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.