Paytaxtın Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda dayanan “VAZ” markalı nəqliyyat vasitəsi alışıb. Yüksək temperatur səbəbindən yaxınlıqda olan digər “VAZ” markalı avtomobilin ön qapısı qarsalanıb. 1 nəfər tüstüdən zəhərlənib. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.