Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə iki avtomobil toqquşub. Qəza nəticəsində 38 yaşlı Elşad Həsənov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.