Yenilənib 14:05
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
13:32 Binəqədi rayonunda yanğın başlayıb
Bakıda yaşayış binası yanır. Bu haqda 16 noyabr tarixində Oxu.az məlumat verib.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.