Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev 15 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.