Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma ümumi sahəsi 32 kv.m olan birmərtəbəli ikiotaqlı evdə baş verib. Nəticədə yaşayış evi və içindəki əşyalar tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.