Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Mercedes” markalı avtomobilin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda sahəsi 60 kv.m olan kafenin lambirdən ibarət tavanı 4 kv.m sahədə və plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.