Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 6 kv.m olan köməkçi tikilidə başlayıb. Nəticədə tikili tamamilə kül olub, içəridə olan 2 ədəd su qızdırıcısı və müxtəlif məişət avadanlıqları da yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.