Paytaxtın Binəqədi rayonunda yerləşən ikimərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 500 kv.m olan tikili 35 kv.m sahədə və onun dam örtüyü tam olaraq kül olub. Binanın digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.