Bakının Binəqədi rayonunda, məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın baş verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma tikilinin 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb, digər otağın tavanı və divarları 12 kv.m sahədə qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.