Bakının Binəqədi rayonu, 9-cu mikrorayonda bıçaqlanma hadisəsi olub. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
16 yaşlı Nihad Abbasov dava zamanı bıçaqla yaralanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.