Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, iyunun 25-də rayon ərazisində yerləşən mağazaların birindən 2700 manat pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda araşdırma aparılır.