Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman 50-55 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_116481" align="alignnone" width="640"]
Foto APA.az[/caption]