Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin sürücüsü Ülvi Səddrəddinbəyov idarəetməni itirərək yol kənarındakı beton səddə çarpılıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_116857" align="alignnone" width="640"]
Foto APA[/caption]