Bakının Binəqədi rayonunda nənə və nəvənin xəsarət almaları ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
59 yaşlı Aygün Abdullayeva və 19 yaşlı Nurcan Ağayeva 2 avtomobilin toqquşması nəticəsində xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.