Paytaxt ərazisində avtomobil alovlanıb. Bu haqda bu gün, 22 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. Burada "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Əraziyə gələn yanğınsöndürənlər avtomobilin qalan hissəsini yanğından mühafizə ediblər.