Paytaxtın Binəqədi rayonu, “Daş bazarı” dairəsində sürücü polisə tabesizlik edib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Y.Novruzovun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsinin ödənilməyən cəriməsi olduğu üçün saxlanılıb. Sürücüdən sənədlər tələb olunduqda o və sərnişin, paytaxt sakini A.İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər.
Onların narkotik təsiri altında olduqları şübhəsi yarandığından həmin şəxslər həkim müayinəsinə aparılıblar, lakin orada da tabesizlik nümayiş etdirən şəxslər polis bölməsinə təhvil veriliblər.
Hər 2 şəxs barəsində araşdırmaya başlanılıb.