Binəqədi rayonunda ağaclar kəsilib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rayonun S.S.Axundov küçəsində 10 ədəd şam ağacı qanunsuz kəsilib. Hadisəni törətməkdə təqsirləndirilən Firqət Əhmədov və Sahib Məmmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.