Binəqədi Rayon Polis İdarəsi narkotik üzrə növbəti əməliyyat keçirib. Bu haqda 15 sentyabr tarixində Report məlumat verib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov, Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər. Onların üzərində və yaşadıqları evlərdə 20 kiloqrama yaxın heroin, 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib.
Bundan başqa, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində narkotik vasitələrin dövriyyəsini həyata keçirən 20 nəfər tutularaq istintaqa cəlb edilib. Onlardan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər tapılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_70014" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]