Bakıda mobil telefonlar oğurlayan şəxslər tutulublar. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda əvvəllər məhkum olunmuş Vüqar Abbasov bir nəfər şəxsin üzlüyündə 230 AZN pul olan mobil telefonu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Digər əməliyyat zamanı Yasamal rayonunda bir nəfər şəxsin mobil telefonunu oğurlayan qadın tutulub.
Hər iki şəxs barəsində araşdırmalar davam edir.