Bakının müxtəlif rayonlarında üç nəfəri avtomobil vurub. Bu haqda 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Binəqədi rayonunda 58 yaşlı Mətanət Ağayevanı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Xətai rayonunda 34 yaşlı Aydın Məhərrəmovu yolu keçərkən avtomobil vurub. O, sol pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib. Zabrat-Maştağa avtomobil yolunda yolu keçən 17 yaşlı Gülzar Nağızadəni avtomobil vurub. Yaralı sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər üç faktla bağlı araşdırma aparılır.