Paytaxtda qəza nəticəsində ahıl kişi ölüb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə Binəqədi rayonu ərazisində baş verib. 84 yaşlı Arif Babayevi yolu keçən zaman Mehdi Sadıqov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə vurub. Piyada dünyasını dəyişib.
Araşdırma aparılır.