Bakının Binəqədi rayonunda ikimərtəbəi 10 otaqlı evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 240 kv.m olan evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, evin qalan hissəsi alovdan mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.