Binəqədi rayonunda yerləşən birmərtəbəli yaşayış evində yanğın olub. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 130 kv.m olan kürsülü birmərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağı 16 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.