Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə "Karl Marks dairəsi" kimi tanınan ərazidə qeydə alınıb. “Honda” markalı avtomobilin sürücüsü yol nişanının tələbini pozaraq dairəyə dayanmadan daxil olub. Bu zaman həmin nəqliyyat vasitəsi dairədə hərəkətdə olan “Toyota” markalı maşına çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.