Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində martın 26-da saat 23:00 radələrində quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, qəsəbə ərazisində 2 nəfər Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyərək 45 manatını talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.