Bakının Binəqədi rayonunda narkokuryerlər saxlanılıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri paytaxt ərazisində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdikləri müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub.