Paytaxtın Binəqədi rayonu ərazisində silsilə oğurluqlarda şübhəli bilinən iki şəxs saxlanılıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən, əsasən, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən təmir-tikinti və kombi aparatları oğurlayan əvvəllər məhkum olunmuş Vüsal Zeynalov saxlanılaraq istintaqa təqdim edilib. Onun saxlanılan müddətə qədər 10 evdən oğurluq etdiyi məlum olub.
Toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.