Binəqədi rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, son bir ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb.
Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin profilaktik tədbirlər zamanı 2 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 21 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.