Binəqədi rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Hüseyn Seyidzadə küçəsində baş verib. Qəza zamanı 2 “Hyundai” və “Fiat Doblo” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə avtomobillər yararsız hala düşüb, 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.