Bakının Binəqədi rayonu ərazisində 3 evdən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 21 noyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4000 manat pul, 4000 manat dəyərində məişət əşyaları və 1000 manat dəyərində inşaat materialları oğurlanıb. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakinləri Z.Mustafayev və E.Qəhrəmanov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.