Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 6 mart tarixində Lent.az məlumat verib.
Qəsəbə sakini, 54 yaşlı Təranə Əliyeva özünü asaraq həyatına son qoyub. Onun bu əməli hansı səbəbdən törətdiyi məlum deyil.
Hadisə ilə bağlı rayon prokurorluğu araşdırma aparır.