Bakının Binəqədi rayonu, Binəqədi şosesində iyulun 2-də avtomobilin vurduğu piyada 9 gün sonra xəstəxanada ölüb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
37 yaşlı Rəşad Abbasov “Mercedes” markalı avtomobilini idarə edərkən 76 yaşlı Ağahüseyn Məmmədovu vurub. Piyada Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, iyulun 11-i saat 03:10-da xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri görülür.