Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Cəfər Xəndan küçəsində baş verib. 9 yaşlı Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.