Binəqədi rayonunda evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Biləcəri qəsəbəsi, Natiq Həşimi, 31 ünvanında yerləşən Şamil Manafova məxsus fərdi yaşayış evində baş verib. Ev yiyəsinin iddiasına görə, yanğına səbəb ağcaqanad dərmanının yandırılması olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.