Bakının Binəqədi rayonunda avtobus yanıb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsində alışma baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.