Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Avqustun 19-da “Renault” markalı avtomobilin qaçırılması haqda Binəqədi RPİ 40-cı Polis Bölməsinə məlumat daxil olub.
Keçirilən əməliyyat zamanı əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini M.Əzizov Sabunçu qəsəbəsində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.