Binəqədi rayonunda piadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Orxan Həsənov idarə etdiyi “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə piyada Xoşqədəm Həsənovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.