Binəqədi rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Samir Abbasov adıçəkilən rayon ərazisində yerləşən avtoyuma məntəqəsindən “BMW” markalı maşını qaçırıb. O, Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.