Paytaxtın Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hərəkətdə olan 14 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna minik avtomobili çarpılıb. Qəza zamanı avtobusda 3 sərnişin olub. Xəsarət alan olmayıb. Hər iki nəqliyyat vəsitəsinə maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, yolda hərəkət bərpa olunub. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_103465" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]