Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən çay evində baş verib. Nəticədə ümumi sahəsi 220 kv.m olan obyektin mətbəxində 1 ədəd soyuducu qismən, kabel və elektrik lövhəsi yanıb. Çay evinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.