Binəqədi rayonunda 2 sürücü arasında dava baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə “Azər City” marketinin qarşısında qeydə alınıb. “Kia Forte” markalı avtomobilin sürücüsü Pərviz Qasımov “VAZ-21015” markalı nəqliyyat vasitəsinin sürücüsü ilə mübahisə edib. Nəticədə P.Qasımov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Mübahisənin sürücülərin bir-birinə yol verməməsi üstündə baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.